"Hər on dəqiqədə bir uşaq ölür": ÜST-dən dəhşətli AÇIQLAMA
    • 20-11-2023, 18:32
    • 168

"Hər on dəqiqədə bir uşaq ölür": ÜST-dən dəhşətli AÇIQLAMA

Qəzzada hər on dəqiqədə bir uşaq ölür, ərzaq çatışmazlığı və bombardmanlar nəticəsində uşaqlar müharibənin ən böyük bədəlini ödəyir.

News24.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sosial media hesabında bildirib. 

“Hər 10 dəqiqədən bir uşaq ölür, yemək və su çatmır. Evlər, məktəblər və xəstəxanalar bombalanır. Qəzzadakı uşaqlar münaqişənin ən yüksək qiymətini ödəyirlər. Onların təhlükəsizlik, xidmət və sülhə ehtiyacı var”, - nəşr yazır.

Qeyd edək ki, BMT-nin Uşaq Hüquqları Komitəsi Ümumdünya Uşaqlar Günü münasibəti ilə Qəzzadakı müharibənin rekord müddətdə və onilliklər ərzində görülməmiş vəhşilik səviyyəsində çoxlu insanın həyatına son qoyduğunu, 4600-dən çox uşağın həyatını itirdiyini bildirib. 

Ayşən