-
- 2-11-2023, 10:59
- 256
Qəzzadakı uşaqları HƏMAS "öldürür".. - Acı statistika
Britaniyanın həftəlik “The Economist” qəzeti Qəzza zolağında çoxlu sayda uşağın ölümü ilə bağlı öz versiyasını irəli sürüb.
News24.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 7-dən oktyabrın 24-dək bölgədə 2900 uşaq öldürülüb ki, bu da fələstinlilərin ümumi ölüm sayının 40%-ni təşkil edir.
Nəşr onların ölüm səbəbi kimi Qəzzada yüksək doğum səviyyəsini təşviq edən radikal HƏMAS hərəkatının siyasətini göstərir. Məqalədə deyilir: “2007-ci ildə Qəzzaya nəzarəti ələ keçirdikdən sonra HƏMAS “Fələstin kimliyini təsdiqləmək” cəhdi ilə bölgədə yüksək doğum nisbətlərini saxlamağa çalışıb”.
“Qəzza zolağında çoxlu sayda uşaq ölümləri, digər məsələlərlə yanaşı, bölgənin xüsusilə gənc demoqrafik göstəricilərini əks etdirir. - Fələstin ərazilərinin əhalisinin təxminən yarısı 20 yaşdan aşağıdır, bu rəqəm İraq, Namibiya və Tailand kimi digər yuxarı-orta gəlirli ölkələrlə müqayisədə xeyli yüksəkdir. Gənc cəmiyyətin əsasını yüksək doğum səviyyəsi təşkil edir”, - nəşr yazıb.
BMT-nin Uşaq Hüquqları Komitəsi daha əvvəl İsraili Qəzza zolağında mülki hədəflərə hücumlara görə qınayıb və onun məlumatlarına görə, oktyabrın 7-dən bu yana 3,5 mindən çox uşağın ölümünə səbəb olub.
Akqabay