"Ukrayna ağır döyüşdədir" - Pentaqon rəhbəri
    • 21-11-2023, 12:30
    • 113

"Ukrayna ağır döyüşdədir" - Pentaqon rəhbəri

“Ukrayna qoşunları ağır, amansız döyüş qarşısındadır”

News24.az xəbər verir ki, bu barədə Ukraynaya səfər edən Pentaqonun rəhbəri Lloyd Austin Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.

Ostin F-16 döyüş təyyarələrinin tədarükü döyüş meydanında fərq yarada bilərmi sualına "Bu münaqişələrdə gümüş güllə yoxdur" deyib.

“Hər şey F-16, HIMARS və ya başqa bir şeydən danışsaq, hər şey təmin edilən hərbi imkanlardan və onların inteqrasiyasından asılıdır. Hər şey döyüş meydanında istədiyiniz effekti əldə etmək üçün bu imkanlardan necə istifadə etməyinizdən və sinxronizasiya etməyinizdən asılıdır”. 

Eyni zamanda, Austin bir daha ABŞ-ın Ukraynaya hər cür yardım göstərməyə davam edəcəyini vurğulayıb.

O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya hərbçilərinə xeyli ziyan vurmağa müvəffəq olub və bundan uzun müddət sağalmayacaqlar.

Ayşən