"KALYAN86" ləqəbi ilə tanınan məşhur tümenli bloger Nikolay Qalenko vəfat edib.
News24.az xəbər verir ki, bu barədə onun sosial media şəbəkəsində məlumat verilib.
“Təəssüf ki, Nikolay artıq yoxdur. Səbəb ürəyin dayanmasıdır”, - deyə qeyd olunub.
Qeyd edək ki, Nikolay Qalenko 2015-ci ildən "YouTube" kanalı işlədir. Onun kanalına 600 mindən çox insan abunə olub.
Aynurə