-
- 21-11-2023, 21:13
- 351
İnsanın ürəyi partlaya bilər? – Tibbi İZAH
"Ürəyim partladı", "ürəyimi partlatma" deyən insanlar, bilirsizmi, həqiqətən də tibdə ürəyin partlaması diaqnozu var.
Amma bu siz düşündüyünüz kimi hər stress, əsəb və qorxu keçirəndə olmur.
News24.az xəbər verir ki, ürəyin partlaması, divarının dağılması daxili, xarici səbəblərdən ola bilər.
Ürəyin tam partlaması orqanın dərinliklərinə qədər zədələnməsi nəticəsində olur.
Qorxudan ürək partlaya bilərmi?
Bu, mifdir. Əgər insan sağlamdırsa, dəhşətli qorxu keçirsə belə, ürəkdə orqan olaraq partlama olmaz. Təzyiqi qalxa bilər, ürəkdöyünməsi artar, lakin ürək özü partlamaz.
Yox əgər insanda ürək xəstəliyi varsa, hərəkətsiz həyat keçiribsə, qan damarlarında problem varsa, qorxu zamanı qana sıçrayan çox miqdar adrenalin ürək divarının yırtılmasına səbəb ola bilər.
Faciəvi amillər
Ürək divarı döş qəfəsinə dəyən ağır zərbədən, travmadan yırtıla bilər. Bu adətən yol qəzalarında, döyüşdə, idmançılarda, boksçularda olur.
Eləcə də ailə məişət zorakılığı zamanı qadının sinəsindən möhkəm zərblə vurulan zaman ürəyinin deşilməsi, divarın partlaması halları qeydə alnıb
İrsi, anadangəlmə amillər
Doğuşdan insanın ürək divarında hər hansı sahə çox nazikdirsə, hər hansı anomal inkişaf olubsa, ən kiçik, orta yük və zərbədən belə o hissə parçalana və ürək partlaması ola bilər.
Aynurə