İsrail nə qədər fələstinli əsiri AZAD EDƏCƏK?
    • 22-11-2023, 10:57
    • 183

İsrail nə qədər fələstinli əsiri AZAD EDƏCƏK?

İsrail azad edilməsi planlaşdırılan 300 fələstinli əsirin siyahısını dərc edib.

News24.az xəbər verir ki, siyahı İsrail Ədliyyə Nazirliyi tərəfindən təqdim edilib.

HƏMAS tərəfi isə 19 yaşından kiçik 150 fələstinli qadın və uşağın azad ediləcəyini bildirib.

Qeyd edək ki, İsrail HƏMAS ilə Qəzza zolağında saxlanılan girovların azad edilməsinə dair razılaşmanı təsdiqləyib. Razılaşmaya əsasən, dörd günlük atəşkəs elan ediləcək və bu müddət ərzində HƏMAS 50 qadın və uşağı azad edəcək. Bundan əlavə, Qırmızı Xaç nümayəndələrinə lazımi tibbi yardım göstərmək üçün qalan girovlara baş çəkməyə icazə veriləcək.

Eyni zamanda razılaşma çərçivəsində Qəzza zolağına humanitar yardım, dərman və yanacaq daşıyan yüzlərlə yük maşını çatdırılacaq. 

Qumral