-
- 23-11-2023, 11:30
- 180
"Bu resurslar bilavasitə regional iqtisadi tərəqqiyə sərf olunmalıdır"
"Biz unikal geosiyası əhəmiyyətə malik regionda yerləşirik və bu imkandan əməkdaşlığın genişlənməsi üçün istifadə edirik".
News24.az xəbər verir ki, bunu SPECA ölkələrinin Rəhbər Şurasının 18-ci sessiyasında Qırğızıstanın iqtisadiyyat və investisiya naziri Daniyar Amanqeldıyev deyib.
O əlavə edib ki, SPECA ölkələri su və enerji resurslarından istifadə, enerji və digər sahələrdəki potensialından bütövlükdə regional dayanıqlı inkişaf məqsədləri üçün istifadə etməlidir:
"SPECA Mərkəzi Asiyada mühüm əməkdaşlıq platformasıdır. Hesab edirik ki, bu platforma istər regional, istərsə də qlobal sahədə inkişaf üçün öz əhəmiyyətini daim qoruyub saxlayacaq. Mən bir daha bəyan etmək istəyirəm ki, ölkələrimiz unikal enerji resurslarına malikdir. Bu resurslar bilavasitə regional iqtisadi tərəqqiyə sərf olunmalıdır".
Fərid Azəri