-
- 23-11-2023, 11:32
- 300
"170 milyard dollar xarici sərmayə cəlb etmək imkanımız var"
"SPECA regional inkişafa xidmət edən unikal platformadır".
News24.az xəbər verir ki, bunu SPECA ölkələrinin Rəhbər Şurasının 18-ci sessiyasında Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Abzal Abdikarimov bildirib:
"Ümumi məqsədimiz SPECA proqramının əhatə dairəsini genişləndirməkdən ibarətdir. Bu gün SPECA regionunda 4500 şirkət fəaliyyət göstərir. Bölgə əhalisinin sayının 80 milyondan artıq olması isə qarşımızda yeni imkanlar açır. Növbəti illərdə SPECA ölkələrinin 170 milyard dollar xarici sərmayə cəlb etmək imkanımız var. Avropanın tətbiq etdiyi sanksiyalar bir sıra ölkələrin beynəlxalq bazarlara çıxışını məhdudlaşdırıb. Bu aspekti nəzərə alaraq hesab edirik ki, qarşılıqlı əlaqələrin inkişafı bizim üçün əlavə genişmiqyaslı imkanlar yaradacaq. Mən düşünürəm ki, SPECA proqramına dəstək göstərilməsi olduqca vacibdir".
Fərid Azəri