5000 dollar maaşla  şokolad yeyən işləmək istərdinizmi?
    • 28-07-2018, 15:03
    • 1 249

5000 dollar maaşla şokolad yeyən işləmək istərdinizmi?

Dünyanın ən ləzzət verən işində işləmək üçün kompüter bilikləri və allergiyanın olmaması tələb olunur. İş yeri İtaliyada, çox nüfuzlu şirkətdədir.

News24.az xəbər verir ki, dünyanın ən böyük şikolat istehsalçılarından olan İtaliyanın "Ferrero" şirkəti "Nuttella" üçün dequstator vakansiyası elan edib.

 3 aylıq təcrübə proqramından sonra mütəxəssis adını alacaq namizədlərə bu müddət ərzində maaş veriləcək. Təcrübə proqramını uğurla başa vuran şəxslərlə müqavilə imzalanacaq və işə götürülən şəxslər  ayda 5000 dollar müqabilində həftədə 2 gün və gündəlik 2 saat çalışacaqlar.