-
- 25-11-2023, 23:29
- 2 517
Azərbaycanda daha bir HADİSƏ: TUALETDƏ MƏKTƏBLİNİN GÖZÜNÜ-ƏLİNİ BAĞLAYARAQ.../ FOTO
Suraxanı rayonu 89 saylı məktəbdə uşağa tualetdə işgəncə verilib.
News24.az xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Aytən Səfərova deyib. O bildirib ki, sözügedən məktəbdə neçənci dəfədir ki, məktəblinin gözü-əli bağlanılaraq dəhşətli işgəncələr verilir.
"Suraxanı rayonu 89 saylı məktəbdə uşağın başına görün nə oyun açırlar!!! 5-ci sinif şagirdinin tualetdə, valideyninin dediyinə görə, neçənci dəfədir gözünü- əlini bağlayıb işgəncə verirlər. Bu məktəbin direktorunun xəbəri var bundan? Bu, nə rəzalətdir? Qoçular dövrüdür? Bu nə məktəbdir belə ki, neçənci dəfədir belə əclaflıq baş verir. Nə müəllimlərin, nə direktorun səsi çıxır?! Bu fotonu mənə həmin uşaqla oxuyan şagirdin valideyni atıb. Əminəm ki, bu məktəbdə araşdırma başlanacaq və bu hadisədə günahkar olanlar- tərbiyəsiz əclaflardan tutmuş biganə müəllim və məktəb rəhbərliyi layiqli cəzasını alacaq", - deyə Aytən Səfərova qeyd edib.
Nəzrin