-
- 26-11-2023, 17:46
- 291
Ukrayna və ABŞ müdafiə nazirləri arasında MÜHÜM GÖRÜŞ- Nələr danışıldı?
Ukraynanın müdafiə naziri Rustem Umerov Pentaqon rəhbəri Lloyd Austinlə görüşüb. Hərbi idarələrin rəhbərləri Ukrayna ordusunun imkanlarını gücləndirmək üçün addımları müzakirə ediblər.
R TV xəbər verir ki, "Biz təhlükəsizlik yardımının aktual prioritetlərini və Ukrayna ordusunun imkanlarını gücləndirmək üçün birgə addımları müzakirə etdik", – deyə Umerov bildirib.
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-dan kifayət qədər yardım almadığını bildirib. Ukrayna lideri ilə söhbət edən jurnalist Benjamin Hall, söhbətdə narazılığını gizlətmədiyini qeyd etdi. Zelenski maliyyələşdirilməməsindən şikayətləndi və Yaxın Şərq münaqişəsinin dünya ictimaiyyətinin diqqətini Ukraynanın problemlərindən yayındırdığından bəhs etdi.
Aslan Nadiroğlu