"Zirə" liderliyi əldən verdi
    • 26-11-2023, 21:23
    • 363

"Zirə" liderliyi əldən verdi

Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.

News24.az xəbər verir ki, son oyun Sumqayıtda keçirilib.

Şəhərin eyniadlı komandası tura lider kimi girən “Zirə”ni qəbul edib. Görüş qolsuz bərabərliklə yekunlaşıb. Bu isə "Zirə"nin liderliyi əldən verməsinə səbəb olub.

Əvvəlki oyunlarda “Qarabağ” “Sabah”ı (2:1), “Qəbələ” “Turan Tovuz”u (4:0) məğlub edib, “Səbail” - “Kəpəz” (0:0) və “Neftçi” - “Araz-Naxçıvan” (1:1) matçları bərabərə yekunlaşıb.

Qeyd edək ki, Premyer Liqada XV turun oyunları 2-4 dekabr tarixlərində keçiriləcək.