İlon Mask İsrail rəhbərliyi ilə görüşəcək - VİDEO
    • 27-11-2023, 12:27
    • 102

İlon Mask İsrail rəhbərliyi ilə görüşəcək - VİDEO

“Tesla” və “Space X” şirkətlərinin rəhbəri İlon Mask İsrail prezidenti İshaq Hersoq və baş nazir Binyamin Netanyahu ilə görüşəcək. 

RTV-nin məlumatına görə, danışıqlarda HƏMAS-ın girovluğundakı şəxslərin yaxınları da iştirak edəcək. 

Əsas müzakirə mövzusu girovların azad edilməsi, bölgədə davamlı atəşkəsə nail olunması, eləcə də Maskın sahibi olduğu “X” sosial şəbəkəsində antisemitizm çağırışlarına yol verilməməsi olacaq. 

Qeyd edək ki, İlon Mask bir qədər əvvəl İsrail əleyhinə çağırışlar da daxil olmaqla, nifrət və münaqişələrin təbliğinə qarşı olduğunu bəyan edib. Bildirib ki, “X” platformasında buna yol verilməyəcək. 

Fərid Azəri