Baş nazir elan etdi: - Qələbə bayramı keçiriləcək
Dünya
"Avropa Şurası bizə Avropa İttifaqına namizəd statusu ilə bağlı yekun qərarı elan etdikdə, bu faktı qeyd etmək üçün ümumi qələbə bayramı şənliyi keçiriləcək".
News24.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin elan edib.
O, hökumət iclasında deyib ki, son qərarın nə vaxt veriləcəyindən asılı olaraq tarix dəqiqləşdiriləcək - dekabrın 14-ü və ya 15-i.
“Bilirsiniz ki, dekabrın 14-də və ya 15-də biz Avropa Şurasının statusun verilməsi ilə bağlı yekun qərarını gözləyirik. Bununla bağlı komandada müzakirə apardıq, Parlamentdə də söhbətim oldu və qərara gəldik ki, qərarın nə vaxt veriləcəyindən asılı olaraq, ayın 14-ü və ya 15-i, yəqin ki, ayın 1-də tarix dəqiqləşdiriləcək və bundan sonra biz ümumi ictimai milli bayram şənliyi keçirmək istəyirik. Bunu qələbə bayramı və konserti adlandıraq və ölkəmizin, xalqımızın, hökumətimizin və hakimiyyət orqanlarının əməyinin nəticəsi olan bu tarixi qələbəni birlikdə qeyd edəcəyik”, - deyə hökumət başçısı bildirib.
Aynurə