Doktoranturada oxuyanların sayı artacaq
    • 5-04-2019, 15:29
    • 580

Doktoranturada oxuyanların sayı artacaq

Ali təhsilin rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində yeni proqram təsdiq edilib.

"2019-2023-cü illəri əhatə edəcək bu proqram əsasında doktoranturada oxuyanların sayı artacaq”. 

News24.az xəbərinə görə, bu barədə açıqlama verən təhsil nazirinin müavini Firidun Qurbanov gələcəkdə bir sıra yeniliklərin olacağını qeyd edib: “Həyata keçirilən proqramlar çərçivəsində 3558 gəncimiz dünyanın ən nüfuzlu ali təhsil ocaqlarında ölkəmizin iqtisadiyyatının perspektiv infikişafını istiqamətləndirən əsas ixtisaslar üzrə təhsil ala bildilər. Onlar hazırda dövlət və özəl sektorda çalışırlar. Bu yaxınlarda ali təhsilin rəqabətqabiliyyətinin yüksəldilməsi istiqamətində yeni bir proqram cənab Prezident tərəfindən təsdiq esilib. 2019-2023-cü illəri əhatə edəcək bu proqram əsasında doktoranturada oxuyanların sayı artacaq”. 

Afaq Mirayiq