-
- 3-12-2019, 13:12
- 899
"Əminəm ki, dünyanın aparıcı universitetlərində təhsil alan gənclər..." - TƏHSİL NAZİRİ
"Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsində prioritet istiqamətləri artıq müəyyən edilib. Siyahıda təbiət, kənd təsərrüfatı, səhiyyə və rifah, iqtisadiyyat və idarəetmə, humanitar və sosial istiqamətlər yer alıb".
News24.az-ın məlumatına görə, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika Elmi Konfransında çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib. Onun sözlərinə görə, 2020-ci il yaz semestri üçün xaricdə doktorantura təhsili üzrə elan artıq verilib:"
2007-2015-ci illər üzrə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində də bu komponenti nəzərə alıb. 1538 nəfər magistratura, 575 nəfər rezidentura, 173 nəfər doktoranturada təhsil almaq hüququ qazanıb. Bu da bütün Proqram təqaüdçülərin 64%-ni təşkil edib. Əminəm ki, dünyanın aparıcı universitetlərində təhsil alan həmin gənclər yaxın gələcəkdə ölkəmizdə elmin və təhsilin inkişafına mühüm töhfələr verəcəklər".
Afaq Mirayiq