"Sülh üçün hər şeyi edəcəm, azərbaycanlılarla yaşamaq istəməyən ürəksizlər isə..." - Simonyan
    • 29-11-2023, 14:07
    • 223

"Sülh üçün hər şeyi edəcəm, azərbaycanlılarla yaşamaq istəməyən ürəksizlər isə..." - Simonyan

“Brifinqdə “ermənilərlə azərbaycanlıların yan-yana yaşamağın vaxtı gələcək” dediyim hissənin altında jurnalistlərdən birinin şərhini oxudum. Yeni heç nə deyilməyib, iki qonşu dövlətin salamatlığı üçün ən yaxşı yolun sülh içində yaşamaq olduğu söylənilib. Uzun qanlı müharibələrdən sonra dinc yaşamağın bir çox nümunəsi var. Şərhlər isə başqa şeylər haqdadır: sadəcə təhqir və qarğış. Bilsinlər, dinləsinlər və anlasınlar ki, mən sülhü təmin etmək üçün hər şeyi edəcəm ki, heç nədən qorxmadan ailələrini də götürüb, nəhayət, Ermənistanda yaşamağa qayıtsınlar”. 

News24.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Simonyanın azərbaycanlılarla ermənilərin yenidən birgə yaşayacaqları barədə dediyi sözlər soydaşları tərəfindən ona qarşı təhqirlərin edilməsinə səbəb olur. 

“Bu qədər ürəksiz, azərbaycanlılarla yan-yana yaşamaq istəməyən bu insanların kim olduğunu anlamağa çalışıram, təəccüblü heç nə üzə çıxmır. Bunları söyləyən gənc anaları, siyasətlə məşğul olan makiyaj-tatuaj edən xanımları bir kənara qoysaq, məlum olur ki, əksəriyyəti Rusiyada yaşayır, məsələn, Stavropol şəhərində”, - Simonyan deyib.

O qeyd edib ki, azərbaycanlılarla ermənilər arasında birgəyaşayışı istəməyənlərin kiçik bir hissəsi də ABŞ-da yaşayır: “Xüsusən də xarici ölkələrdə yaşayan ermənilər üçün bu  “qəbuledilməz”dir. 

Ayşən