Gəncədə Xüsusi Təyinatlı Bölmənin terrorçunu məhvetmə anı - VİDEO
    • 28-07-2018, 16:44
    • 2 024

Gəncədə Xüsusi Təyinatlı Bölmənin terrorçunu məhvetmə anı - VİDEO

Dövlət Təhlükəsizlik Xidmətinin Xüsusi Təyinatlı Bölməsinin Gəncə hadisələrini törətməkdə əli olan terroçulardan birini zərərsizləşdirdiyi anı əks etdirən görüntülər sosial şəbəkədə yayımlanıb.

 Xüsusi təyinatlılar Samux şəhərində Fuad Tofiq oğlu Səmədovu həbs etməyə çalışarkən onu öldürüblər.

Fuad Səmədov hərbçilərə silahlı müqavimət göstərib. Onun üzərindən "Makarov" tipli tapança tapılıb.

// Haqqın.az