Azərbaycanda QƏZA: Yaralılar var
    • 1-12-2023, 13:02
    • 171

Azərbaycanda QƏZA: Yaralılar var

Qax rayonunda minik və yük avtomobilləri toqquşub.

News24.az report-a istinadən xəbər verir ki, hadisə Qax şəhərinin giriş hissəsində qeydə alınıb.

Belə ki, "Ford" və "Hyundai" markalı yük avtomobilləri ilə "Moskviç" markalı avtomobil toqquşub. Qəzadan sonra "Moskviç" yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildə sıxılmış vəziyyətdə qalan sərnişin hadisə yerinə çağrılmış Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində "Moskviç" in sürucüsü də ağır xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.