ABŞ nəşrindən sensasion açıqlama: İsrail bu ölkələrdə qətliam planlayır
    • 1-12-2023, 13:30
    • 117

ABŞ nəşrindən sensasion açıqlama: İsrail bu ölkələrdə qətliam planlayır

İsrailin kəşfiyyat xidmətləri Baş nazir Benyamin Netanyahunun əmri ilə HƏMAS liderlərini ölkə hüdudlarından kənarda məhv etmək planları hazırlayır. 

News24.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”ı məlumat yayıb.

Nəşr qeyd edir ki, planlar Livan, Türkiyə və Qətərdəki əməliyyatları əhatə edir və İsrailin uzunmüddətli əməliyyatlarının davamıdır.

“İsrail artıq Qəzza zolağında HƏMAS liderlərinin axtarışı və məhv edilməsi üçün aktiv əməliyyatlar həyata keçirir. Ümumiyyətlə, İsrail əməliyyatları, İsrail agentlərinin qadın paltarı geyindiyi Beyrut əməliyyatı və ya İsrail agentlərinin turist kimi çıxış etdiyi Dubayda HƏMAS liderinin öldürülməsi kimi gizli xarakteri və kamuflyajı ilə məşhurlaşıb. İsrailin sərhədlərindən kənarda sui-qəsdlər həyata keçirmək üçün bomba yüklü avtomobillərdən və uzaqdan idarə olunan silahlardan istifadə etdiyi də məlumdur”.

Qeyd edək ki, baş nazir Netanyahu“Mən Mossad-a HƏMAS liderlərinə harada olurlarsa olsunlar, onlara qarşı hərəkətə keçməyi tapşırmışam”, - deyə bildirmişdi.

Bu bəyanat belə proqramları gizli saxlamağa üstünlük verən bəzi İsrail rəsmilərinin narahatlığına səbəb olub.

Ayşən