Sabah bəzi yerlərdə yağış, dağlarda isə qar yağacaq
    • 6-04-2019, 13:00
    • 1 020

Sabah bəzi yerlərdə yağış, dağlarda isə qar yağacaq

Aprelin 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  akin gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən News24.az-a verilən məlumata görə, sabah arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu  gecə 7-9° isti, gündüz 13-15° isti, Bakıda gecə 7-9° isti, gündüz  13-15°isti təşkil edəcək. Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz 60-65 % olacaq. 

Aprelin 7-də Azərbaycanın rayonlarında səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı duman olacaq, şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti təşkil edəcək.