Azərbaycanlı polisi işdən qovub cinayət işi AÇDILAR
    • 1-12-2023, 21:50
    • 524

Azərbaycanlı polisi işdən qovub cinayət işi AÇDILAR

Rostov vilayətində narkotiklərlə mübarizə idarəsinin üç polis əməkdaşına qarşı iş açılıb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, müstəntiqlərin fikrincə, onlar bir nəfəri hədələyərək 3 milyon rubl (təxminən 57 min 300 manat) pul alıblar.

27 yaşlı İqor Şiyan, 23 yaşlı Vüqar İmanov və 25 yaşlı Rüstəm Yusubov oktyabrın sonunda daxili yoxlamadan sonra polisdən qovulublar. Bir ay sonra onlara qarşı hədə-qorxu ilə pul tələb etmə işi açılıb.

İstintaq hesab edir ki, 2022-ci ilin avqustunda polis iki yerli sakinin mənzilinə soxulub, onları döyüb və narkotik əkmək hədəsi ilə onlardan 3 milyon rubl tələb edib.

Qeyd edək ki, polislərdən Vüqar İmanovun azərbaycanlı olduğu bildirilir.