-
- 2-12-2023, 09:18
- 228
Əlimizi başqasına toxunduranda bizi niyə “cərəyan” vurur?
Son zamanlar insanlar bir-birinə, ya da hansısa əşyaya toxunduğu zaman "elektrik vurması" şikayəti ilə bizə müraciət edirlər. Hər bir canlı orqanizm, hətta cansız əşyalar belə müsbət və ya mənfi enerji ilə yüklənə bilərlər.
News24.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında terapevt Sübhan Hacıyev deyib.
Hacıyev bildirib ki, bu elektriklənmə hansısa bir həyati təhlükə, ya da daxili orqanlarda fəsad yaratmır:
"Bu hiss insanlarda olan gərginliklə əlaqəlidir. Gərginlik müəyyən enerji yükünü artırır. Bizim orqanizmimizdə yığılıb qalan enerji yükünü digərinə ötürdüyümüz zaman isə bu cür elektriklənmələr olur. Bu xüsusi ilə yun, sintetik, rezin kimi əşyalara toxunduğumuz zaman baş verir. Təbii ki, belə hal diskomfort yaradır".
Terapevt qeyd edib ki, bu kimi halların baş verməməsi üçün insanlarımızda birinci növbədə gərginliyi və stressi azaltmaq lazımdır:
"Bunun üçün sərin duşlardan istifadə etmək və ayaqyalın torpaqda gəzmək lazımdır ki, yığılıb qalan statik enerji bədənimizi yüklü hala gətirib çıxarmasın".