Yevlaxda iki avtomobil toqquşub
    • 3-12-2023, 22:40
    • 246

Yevlaxda iki avtomobil toqquşub


Yevlax rayonunun Tanrıqullar kəndində baş verən ağır yol qəzasında dörd nəfər xəsarət alıb.

News24.az “Report”a istinadla xəbər verir ki, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində iki minik avtomobil toqquşub.

Qəzada 1982-ci il təvəllüdlü V. Hüseynov, 1987-ci il təvəllüdlü T. Əliyev, 1987-ci il təvəllüdlü R. Şaqavatov və həmçinin onun həyat yoldaşı xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.