-
- 5-12-2023, 11:20
- 138
Şok qərar: Ukraynaya silah tədarükü dayandırılır
"ABŞ-ın Ukraynaya yardım üçün vəsaiti tükənir, Konqres maliyyələşdirməni təsdiqləməsə, Kiyevə silah tədarükü dayandırıla bilər".
News24.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin müşaviri Ceyk Sallivan bildirib.
“Konqres tədbir görməsə, prezident administrasiyası ilin sonuna qədər Ukraynaya daha çox silah və texnika vermək və öz hərbi hazırlığımıza xələl gətirmədən ABŞ-nin hərbi anbarından silah təmin etmək üçün resursları tükənəcək. Konqresin Ukrayna və digər milli təhlükəsizlik ehtiyacları üçün təmin etdiyi resurslar Rusiyanın Ukraynadakı irəliləyişlərini dayandırdı, Ukraynaya mühüm hərbi qələbələr əldə etməyə kömək etdi, o cümlədən Rusiyanın işğal etdiyi ərazilərin 50 faizdən çoxunu geri qaytardı”, - deyə o bildirib.
Sallivanın sözlərinə görə, indi hər şey Konqresdən asılıdır.
Sallivan qeyd edib ki, ABŞ-da pul tükənir, vaxt demək olar bitib. O, Konqresi ABŞ-ın milli təhlükəsizliyini gücləndirəcək və Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya kömək edəcək maliyyə tələbini təsdiqləməyə çağırıb.
“Ukraynaya silah vermək üçün maliyyə yoxdursa, silah ötürməyə davam edə bilmərik”, - Sallivan vurğulayıb.
Ayşən