Kino kifayət qədər ciddi təbliğat vasitəsidir - Deputat
    • 5-12-2023, 14:05
    • 292

Kino kifayət qədər ciddi təbliğat vasitəsidir - Deputat

İkinci Qarabağ savaşımızdakı qəhrəmanlığımızı əks etdirən əsaslı  filmlər çəkilmir. 

News24.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Elnur Allahverdiyev bildirib.

E.Allahverdiyev qeyd edib ki, kino kifayət qədər ciddi təbliğat vasitəsidir

Son 30 ildə baş verən proseslərlə bağlı gözəl film çəkmək olar. Bunun üçün də vəsait lazımdır. Müharibə ilə bağlı sənədli filmlər olsa da, bununla bağlı bir dənə olsun bədii film yoxdur. Hesab edirəm ki, filmlərin çəkilməsi ilə bağlı vergi güzəştləri tətbiq etmək olar.

Qumral