İlham Əliyevin siyasətini öyrədəcək xüsusi fakültə yaradılsın - Deputat
    • 12-10-2023, 12:36
    • 128

İlham Əliyevin siyasətini öyrədəcək xüsusi fakültə yaradılsın - Deputat

İlham Əliyevin siyasətini öyrədəcək xüsusi fakültə yaradılsın, sənədli film çəkilsin, kitablar yazılsın.

News24.az xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev Milli Məclisin bu gün keçirilən xüsusi iclası zamanı təklif edib. 

O bildirib ki, İlham Əliyevin siyasətini əks etdirəcək kitablar yazılsa da,təəssüf ki, əksəriyyəti bir-birinin təkrarı olur:

«Bəzən bunun üçün təşəbbüslər olur, ancaq deyilir ki, maliyyə tapılmır. Düşünürəm ki, kifayət qədər uğurlu ssenari olarsa, maliyyə tapmaq olar. Kifayət qədər imkanlı şəxslərimiz var. Bu sahəyə maliyyə ayıracaqlarına əminəm».

Qumral