Sumqayıtda ana qızının ölümündən xəbər tutmadı, meyiti iki gün evdə qaldı
    • 5-12-2023, 23:03
    • 227

Sumqayıtda ana qızının ölümündən xəbər tutmadı, meyiti iki gün evdə qaldı


Sumqayıtda mənzildən 40 yaşlı qadın meyiti tapılıb.

News24.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin 18-ci mikrorayonundakı mənzillərdən birində baş verib.

Anası ilə birgə yaşayan 1984-cü il təvəllüdlü Marina Aleksandrovna Solovyova iki gün öncə ölüb.

Lakin anası görmə və eşitmə əngəlli olduğu üçün qızının ölümündən xəbəri olmayıb. Bu gün aşkarlanan meyit aidiyyatı üzrə təhvil verilib.

Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.