"Türkləri tanımayanlar bir daha bellərini düzəldə bilməyəcəklər" - Ərdoğan
    • 6-12-2023, 16:57
    • 154

"Türkləri tanımayanlar bir daha bellərini düzəldə bilməyəcəklər" - Ərdoğan

Əgər Türkiyəyə və türklərə qarşı belə bir addım atmağa cəsarət edərlərsə, bunun əvəzini elə bir şəkildə ödəməyə məhkum olacaqlar ki, bir daha bellərini düzəldə bilməyəcəklər”.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Birincisi, bu xəbəri verənlər Türkiyəni, türkləri tanımırlar. Əgər belə bir səhvə yol verirlərsə, bunun üçün çox böyük bədəl ödəyəcəklərini bilməlidirlər. İndi Qəzzanı havadan, dənizdən və qurudan mühasirəyə alaraq bu addımları atanlar bir həftə ərzində nəticə əldə edəcəklərini düşünürdülər. Nə oldu, onları qəbul etdilər? Yox. Əgər Türkiyəyə və türklərə qarşı belə bir addım atmağa cəsarət edərlərsə, bunun əvəzini elə bir şəkildə ödəməyə məhkum olacaqlar ki, bir daha bellərini düzəldə bilməyəcəklər. Bunu etməyə çalışanlar unutmasınlar ki, nəticələri çox ciddi ola bilər. Dünyada Türkiyənin kəşfiyyat və təhlükəsizlik sahəsində keçdiyi yolu bilməyən yoxdur. Biz dünən qurulmuş dövlət deyilik. Bunu heç kim unutmamalıdır”, - deyə Ərdoğan qeyd edib.

Ayşən