"Kapital Bank"ın xalis mənfəəti 200 MİLYON MANATDIR
    • 8-12-2023, 11:50
    • 301

"Kapital Bank"ın xalis mənfəəti 200 MİLYON MANATDIR

11 ayın nəticəsinə istinadən qeyd edə bilərəm ki, bank xalis mənfəətdə 200 mln manatın üzərində nəticə göstərəcəyi gözlənilir. 

News24.az xəbər verir ki, bunu “Kapital Bank”ın idarə heyətinin sədri, baş icraçı direktoru Fərid Hüseynov bankın cari il və növbəti dövr üçün hesabatı zamanı deyib. 

Onun sözlərinə görə, bankın kredit portfeli 4,1 milyard manat, depozit portfeli isə 6,6 milyard manat təşkil edir: “Ötən ilin eyni dövrü ilə müqayisədə bu il kredit portfelimiz 921 milyon, depozit portfelimiz isə 340 milyon manat həcmində artıb”.

Qumral Əliyeva