-
- 8-12-2023, 12:00
- 750
"Debet və kredit kartlarının sayı 2,5 milyonu aşıb" - “Kapital Bank”ın idarə heyətinin sədri
Təkcə 2023-də müştərilərimiz tərəfindən əldə edilən debet və kredit kartlarının sayı 2,5 milyonu aşıb.
News24.az xəbər verir ki, bunu “Kapital Bank”ın idarə heyətinin sədri, baş icraçı direktoru Fərid Hüseynov bankın cari il və növbəti dövr üçün hesabatı zamanı deyib.
Fərid Hüseynov bildirib ki, debet və kredit kartlarının sayı 35%-i başdan başa onlayn, filiallara gəlmədən əldə edilib. Birbank mobil tətbiqinin aktiv istifadəçilərinin sayı isə artıq 3 milyona çatıb.
Qumral Əliyeva