Milli Məclis Rəqabət Məcəlləsini qəbul etdi
    • 8-12-2023, 12:16
    • 249

Milli Məclis Rəqabət Məcəlləsini qəbul etdi

Milli Məclis Rəqabət Məcəlləsini qəbul edib.

News24.az-ın xəbərinə görə, layihəni müzakirəyə millət vəkili Tahir Mirkişili təqdim edib.

Müzakirələr nəticəsində qanun üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul olunub.

Milli Məclisdə qəbul olunan Rəqabət Məcəlləsinin bəzi parametrləri məlum olub. Layihə ölkədə rəqabət mühitinin daha da inkişafı, instutisonal bazarın möhkəmlənməsi istiqamətində inhisarlaşmanın iqtisadi fəaliyyətə və dövlət büdcəsinə mənfi təsirlərinin aradan qaldırılmasına imkan verən əhatəli hüquqi çərçivə formalaşdırır. 

Sənəd eyni zamanda bazarda hökmran mövqeyə sahib təsərrüfat subyektlərinin inhisarçı meyllərinin qarşısını almağı da nəzərdə tutur. Qanunda kartel tipli əlaqələrin müəyyən olunmasına, təbii inhisarların işinə, eləcə də haqsız rəqabətin aradan qaldırılmasına effektiv nəzarətin təşkili də nəzərdə tutulur.


Fərid Azəri