Şuşada daha bir bankın filialı AÇILACAQ
    • 8-12-2023, 12:24
    • 174

Şuşada daha bir bankın filialı AÇILACAQ

“Kapital Bank” qarşıdakı zamanlarda Şuşada filial açacaq.

News24.az xəbər verir ki, bunu “Kapital Bank”ın idarə heyətinin sədri, baş icraçı direktoru Fərid Hüseynov bankın cari il və növbəti dövr üçün hesabatı zamanı deyib. 

O bildirib ki, işğaldan azad edilən ərazilərdə xidmət göstərmək kommersiya məqsədi daşımır: “İşğaldan azad edilən ərazilərimizdə xidmət göstərmək və həmin ərazilərdə fəaliyyət göstərmək hər birimizin vətəndaşlıq borcudur”,-deyə idarə heyətinin sədri vurğulayıb.

QUMRAL