Arbitraj haqqında qanun layihəsini birinci oxunuşda qəbul edildi
    • 8-12-2023, 13:12
    • 183

Arbitraj haqqında qanun layihəsini birinci oxunuşda qəbul edildi

Milli Məclis Arbitraj haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

News24.az xəbər verir ki, qanun layihəsi 8 fəsil və 59 maddəni özündə ehtiva edir. 

Sənəddə əsas anlayışlarla yanaşı onun tətbiq dairəsi, abritraj qurumlarının təşkili forma və prinsipləri, baxılan işlər, arbitraj sazişi və arbitraj icraatı, eləcə də digər məsələlər öz əksini tapıb.

Göstərilib ki, arbitraj işinin nəticəsində maraqlı olmayan, tərəflərdən asılı olmayan və arbitr funksiyasını icra etməyə razılıq verən, 25 yaşı tamam olmuş, ali təhsilli və ixtisası üzrə üç illik iş təcrübəsinə malik şəxslər arbitr funksiyasını icra edə bilər. 

O da qeyd olunub ki, mübahisəni təkbaşına həll edən arbitr eyni zamanda ali hüquq təhsilinə də malik olmalıdır. Mübahisələrin kollegial formada həlli zamanı isə kollegiyanın sədri ali hüquq təhsilli şəxs olmalıdır. 

Qeyd edək ki, arbitraj sazişi və ya daimi arbitraj təşkilatının qaydalarına müvafiq olaraq arbitr üçün əlavə tələblər nəzərdə tutula bilər.

Fərid Azəri