Azərbaycanlılar Almaniyada ağır qəzaya düşdü: ÖLƏN VAR
    • 12-12-2023, 11:39
    • 932

Azərbaycanlılar Almaniyada ağır qəzaya düşdü: ÖLƏN VAR

Almaniyanın Aşhaffenburg əyalətində içərisində 2 azərbaycanlının olduğu avtomobil ağır qəzaya düşüb.

News24.az konkret.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, digəri ağır xəsarət alıb.

Sürücü 35 yaşlı Vüsal hadisə yerində keçinib.

Sərnişin Elmar Kərimov isə koma vəziyyətində xəstəxanaya yerləşdirilib.

Tibb müəssisəsindən aldığımız məlumata görə, o komadan ayılsa da, vəziyyəti ağır olaraq qalır.