-
- 13-12-2023, 16:59
- 223
Blinkendən Ukraynaya xəbərdarlıq: "Bu, sonuncudur"
"Birləşmiş Ştatlar Ukraynaya yeni yardım paketinin bir hissəsi olaraq hava hücumundan müdafiə və artilleriya sursatları və HIMARS çoxsaylı raket sistemlərini Kiyevə təhvil verəcək".
News24.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.
Onun sözlərinə görə, bura həmçinin HARM anti-radar raketləri və tank əleyhinə döyüş sursatları daxil olacaq.
Blinkenin yazılı açıqlamasında "Bugünkü paketə daxil olan silahlar arasında zenit sursatları, hava hücumundan müdafiə sistemi komponentləri, əlavə HIMARS sursatları, 155 mm və 105 mm kalibrli artilleriya sursatları, HARM yüksək sürətli radar əleyhinə raketlər, tank əleyhinə sursatlar var",- deyə qeyd edilib.
Blinken vurğulayıb ki, yeni yardım paketi Ukrayna üçün sonunculardan biri olacaq.
“RT” nəşri Ukrayna prezidenti Vladimir Zelenskinin bundan son dərəcə narahat olduğunu yazıb.
Qeyd edək ki, bu gün Zelenski Baydenlə görüşmək üçün Ağ Evə gəlib. Danışıqlar zamanı Amerika lideri Kiyevə 200 milyon dollar yardımı təsdiqlədiyini açıqlayıb. Bununla yanaşı, Bayden həm də pulun tezliklə bitəcəyi ilə bağlı xəbərdarlıq edib.
Ayşən