Bu il Şuşaya 1000-dən çox turist səfər edib
    • 14-12-2023, 12:48
    • 178

Bu il Şuşaya 1000-dən çox turist səfər edib

Bu il Şuşaya 1000-dən çox turistin səfəri və gecələməsi təşkil olunub.

News24.az xəbər verir ki, bunu Ağdamda keçirilən “İşğaldan azad edilən ərazilərdə turizmin bərpası və inkişafı mövzusunda elmi-praktik konfransda Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov deyib. 

Elgün Cavadov gələcəkdə sayın artırılacağını və əlavə turizm məhsullarının yaradılmasının nəzərdə tutulduğunu bildirib.

Qumral