“Qəbələ ilin bütün fəsillərində turist cəlb edir” – Cavadov
    • 18-05-2021, 11:26
    • 421

“Qəbələ ilin bütün fəsillərində turist cəlb edir” – Cavadov

“Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı regional turizm üçün olduqca önəmli hadisədir”. 

Bunu News24.az-a açıqlamasında Dövlət Turizm Agentliyinin regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov deyib.

Sektor müdiri vurğulayıb ki, Azərbaycan kimi coğrafi baxımdan balaca olan ölkələrdə Qatar səyahəti əhəmiyyətli məsələdir. Qəbələyə qatarın səfər etməsi bütün Şəki, Zaqatala, Qəbələ, İsmayıllı regionunun turizm potensialının inkişafına töhvə verəcək. Qəbələ həm daxili, həm də gəlmə turizm baxımından Azərbaycanın Bakıdan sonra ikinci destinasiyası hesab olunur. Qəbələ ilin bütün fəsillərində turist cəlb edən yeganə destinasiya sayılır”. 

Teymur MƏMMƏDOV