"SƏBA"nın işçiləri qəzaya düşdü - Ölən var - VİDEO
    • 16-12-2023, 14:24
    • 1 322

"SƏBA"nın işçiləri qəzaya düşdü - Ölən var - VİDEO

Biləsuvarda baş verən qəzada ölən və yaralanan şəxslər Lənkəran rayon sakinləridir.

News24.az Bakupost.az-a istinadən xəbər verir ki, Ələt-Astara magistralının 88-ci km-də Biləsuvar rayonu ərazisində baş verən qəzada Lənkəran rayonunun Liman şəhər sakini 1995-ci il təvəllüdlü Vüqar Heyrət oğlu Əsgərli ölüb. Həmin nəqliyyat vasitəsində olan Lənkəran rayonunun Hirkan qəsəbə sakini 1965-ci il təvəllüdlü Tofiq Abbas oğlu Salahlı baş nahiyəsindən xəsarət alaraq Biləsuvar Rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, onların idarə etdiyi nəqliyyat vasitəsi "SƏBA" şirkətinə məxsus olub.

Faktla bağlı araşdırma davam etdirilir.