-
- 18-12-2023, 13:01
- 673
Bu institutda da ölüyə Quran oxumağı öyrədəcəklər?
İlahiyyat Kollecinin yaradılmasını alqışlayıram. Amma bir vacib məsələni qeyd etmək lazımdır. Orada dərs deyən müəllimlərin özləri mövhümatı, xurafatı gənclərimizə fərqli bir formada çatdıracaqlarsa, onda bu, eyni ənənəvi təhsilin davamı olacaq.
News24.az bildirir ki, bu sözləri axar.az-a ilahiyyatçı alim Elşad Miri deyib.
"Yəni buradan bu gün çox böyük bir nəticə gözləmək əbəs olar. Dini Komitədə çalışanlar və onların daxilində fəaliyyət göstərən İlahiyyat İntitutunun, kollecinin müəllimləri nə qədər gizlətməyə çalışsalar da, hansısa məzhəbə mənsubdurlar. Bu insanlar öz məzhəblərinə zidd gedə bilməz. Beləliklə, müəllimlər şüuraltında öz fikirlərini ötürür. İlahiyyat İnstitutunun müəllimləri video hazırlayaraq ölüyə Quran oxumağı əsaslandırmağa çalışır. Mən də deyirəm ki, ölüyə Quran oxumaq olmaz. Konkret olaraq bu məsələlərlə bağlı məni özləri üçün hədəfə çeviriblər", - Miri bildirib.