-
- 19-12-2023, 12:32
- 243
"Rusiya ilə yumşaq siyasətə keçməyin vaxtı çatıb" - Paşinyan gileyləndi
“Məlum olduğu kimi, uzun müddətdir rəsmi İrəvan Rusiya platformalarını boykot edir”.
News24.az xəbər verir ki, bu barədə “Hraparak” ölkənin hakim “Vətəndaş Müqaviləsi” Partiyasına istinadla məlumat yayıb.
Ermənistan Baş naziri Nikol Paşinyan dekabrın 25-26-da Sankt-Peterburqda keçiriləcək Avrasiya İqtisadi Birliyi və MDB-nin toplantılarına qatılacaq.
“Nə Ermənistan baş naziri, nə xarici işlər naziri, nə Təhlükəsizlik Şurasının katibi, nə də parlamentin sədri Rusiyanın moderatorluğu ilə keçirilən toplantılara qatılır. Ölkə rəhbərliyi yalnız iqtisadi iştirak və əlaqələri qoruyub saxlamaq qərarına gəlib. Amma ötən həftə Gümrüdə keçirilən toplantısında Paşinyan və Ararat Mirzoyan gileylənib ki, Qərb onların addımlarını düzgün dəyərləndirmir, ona görə də Rusiya ilə yumşaq siyasətə keçməyin vaxtı çatıb. Bununla o, qarşıdakı tədbirlərdə iştirakına aydınlıq gətirib”, - məlumatda deyilir.
Ayşən