Əla motivasiya: bu şəhərdə arıqlayanlara pul veriləcək
    • 19-12-2023, 19:39
    • 158

Əla motivasiya: bu şəhərdə arıqlayanlara pul veriləcək

Birləşmiş Ərəb Əmirliklərinin Ras-əl-Hayma şəhərinin səlahiyyətliləri sakinlərin arıqlaması üçün əla motivasiya tapıblar.

News24.az Publika.az-a istinadla xəbər verir ki, şəhərdə dekabrın 16-da başlayan arıqlama marafonu 2024-cü il martın 4-nə qədər davam edəcək (o vaxt Dünya Piylənmə Günü qeyd olunur).

12 həftə ərzində yerli sakinlər dörd kateqoriyada iştirak edə bilərlər. Maraqlıdır ki, onlardan ikisi uşaqlar və məktəb işçiləri üçün nəzərdə tutulub. Marafonda hər kəs iştirak edə bilər – fiziki və virtual.

Bu müddət ərzində arıqlamağı bacaranlar pul mükafatı alacaqlar. Məlumdur ki, fiziki kateqoriya üzrə ilk üç lider itirilən hər kiloqrama görə 300, 200 və 100 dirhəm mükafatlandırılacaq.

Virtual kateqoriya üzrə qaliblər pulsuz səyahət, ərzaq kuponları, idman zalı üzvlükləri və s. qazana bilər. Məktəblilər və təhsil müəssisələrindən olan iştirakçılar üçün ayrıca mükafatlar nəzərdə tutulub.