Paytaxtda birmərtəbəli ev yanıb, xəsarət alan var
    • 20-12-2023, 09:01
    • 174

Paytaxtda birmərtəbəli ev yanıb, xəsarət alan var


Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 28 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.

News24.azxəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.