Hərbçilərdən məlumat almaq üçün bu qadınlardan istifadə edilir - FOTO
    • 21-12-2023, 19:45
    • 226

Hərbçilərdən məlumat almaq üçün bu qadınlardan istifadə edilir - FOTO

İsrailin Qəzzaya hücumları davam edərkən İran mətbuatında diqqətçəkən bir yazı çıxıb.

News24.az milli.az-a istinadən xəbər verir ki, xəbərə görə, İran İnqilab Keşikçiləri İsrail ordusundakı insanlardan kəşfiyyat məlumatı almaq üçün gənc və gözəl qadınları öyrədir; Bu qadınlar müxtəlif platformalardan da İsrail əsgərlərinə yaxınlaşırlar.

Xəbərdə İran İnqilab Keşikçiləri Korpusunun gənc və gözəl iranlı qadınlara xüsusi təlim keçdiyi və bu qadınların sosial media vasitəsilə İsrail ordusunun üzvlərindən məlumat aldığı bildirilib.

Xəbərlərdə xüsusi təhsil alan qadınların kimliyi, paylaşdıqları foto və videolar dərc olunub.

Mediada yer alan xəbərlərdə ən azı 22 saxta profilin yaradıldığı və bu profillərin parik, makiyaj və dekolteli libaslarla çəkilmiş fotoşəkillərlə dəstəkləndiyi qeyd edilib.