İran yerli vaksinini təqdim etdi
    • 27-06-2021, 17:38
    • 394

İran yerli vaksinini təqdim etdi

İnqilab Keşikçiləri Ordusu tabeliyindəki Bakiatullah Tibbi Elmləri Universiteti tərəfindən COVID-19-a qarşı yaradılan “Noora” vaksini təqdim edilib.

News24.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, vaksinin təqdimatında İnqilab Keşikçiləri Ordusu baş komandiri, general-leytenant Hüseyn Səlami və səhiyyə naziri Səid Nəməki iştirak edib.
Vaksinin ilk dozu universitetin dekanı Dr. Samadiniyaya tətbiq olunub. /unikal.org