Lənkəranda DƏHŞƏT: özündən 9 yaş böyük kişini...
    • 21-12-2023, 21:13
    • 218

Lənkəranda DƏHŞƏT: özündən 9 yaş böyük kişini...

Dekabrın 21-də saat 17 radələrində Lənkəran rayon sakini, 1974-cü il təvəllüdlü Zülfüqar Əziz oğlu Cəfərovun kəsilmiş-deşilmiş xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, 1983-cü il təvəllüdlü Bəhruz Ağababa oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.