Lənkəranda qardaş qardaşı bıçaqladı - YENİLƏNDİ
    • 16-08-2023, 18:58
    • 239

Lənkəranda qardaş qardaşı bıçaqladı - YENİLƏNDİ

Lənkəranda baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.

News24.az xəbər verir ki, DİN-nin Mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, ilkin araşdırma zamanı hadisənin ailə münaqişəsi zamanı baş verdiyi, Lənkəran rayon Şilavar kənd sakini Amil Əliyevin qardaşı A.Əlizadəyə kəsilmiş-deşilmiş xəsarət yetirdiyi müəyyən edilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

***

16:06

Lənkəran rayon sakini bıçaqlanıb.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran rayon Şilavar kənd sakini, 1993-cü il təvəllüdlü Aqil Əlihəsən oğlu Əlizadə döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran rayon mərkəzi xəstəxanasının Acil şöbəsinə daxil olub. Hadisənin hansı zəmində baş verməsi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.