Azərbaycan Kuboku: 1/4 finala vəsiqə qazanan son komanda məlum oldu
    • 21-12-2023, 22:13
    • 325

Azərbaycan Kuboku: 1/4 finala vəsiqə qazanan son komanda məlum oldu


Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

News24.az xəbər verir ki, günün son oyununda “Neftçi” və “Qaradağ Lökbatan” komandaları üz-üzə gəlib.

“Neftçi Arena”da keçirilən oyun “ağ-qaralar”ın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin ilk qolunu 23-cü dəqiqədə Aaron Olanare vurub. 72-ci dəqiqədə qonaqların heyətində Murad Qayalı avtoqol müəllifi olub. Digər toplara isə 77-ci dəqiqədə Yeqor Boqomolski və 80-ci dəqiqədə Andre Şinyaşiki imza atıb.

"Neftçi"nin növbəti mərhələdəki rəqibi "Sumqayıt" komandası olub.

Qeyd edək ki, 1/4 finalın digər qarşılaşmaları "Səbail" - "Zirə", "Araz-Naxçıvan" - "Qəbələ" və "Sabah" - "Qarabağ" komandaları arasında olacaq.