"Xocalı qatili" ilə bağlı YENİ XƏBƏR
    • 22-12-2023, 11:24
    • 307

"Xocalı qatili" ilə bağlı YENİ XƏBƏR

Vaqif Xaçatryan ailəsi ilə danışıb.

News24.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə bu barədə onun qızı Vera Xaçatryan erməni saytlarına danışıb. 

Onun sözlərinə görə, bir neçə gün əvvəl atası Vaqif Xaçatryanla danışa bilib və Xaçatryan hər şeyin yaxşı olduğunu söyləyib:“Bu yaxınlarda Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə danışdıq, ata dedi ki, hər şey qaydasındadır, dərman qəbul edir. Başqa heç nə demədi. Bizə ayda bir dəfə zəng edir”.

Xatırladaq ki, 2023-cü il noyabrın 7-də Birinci Qarabağ müharibəsində müharibə cinayətlərində ittiham olunan Vaqif Xaçaturyan 15 il müddətinə azadlıqdan məhrum edilib.

Ayşən