"Şuşada, Xankəndidə səs vermək istəyənlər var" - Məzahir Pənahov
    • 23-12-2023, 18:17
    • 143

"Şuşada, Xankəndidə səs vermək istəyənlər var" - Məzahir Pənahov


"Şəxsən mənim özümə seçicilərdən çoxlu məktublar gəlib ki, Şuşada, Xankəndidə səs vermək istəyirik".

News24.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasda deyib.

O qeyd edib ki, məcburi köçkün seçicilər ona bununla bağlı müraciət ediblər.